“Qəbələ”də 3 itki

3.10.2022 23:38 362
Premyer-liqa
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir. Urfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər. Misli premyer-liqasının 8-ci turunun “Səbail”lə oyununda (2:1) zədələnən Murad Musayev tibbi müayinədən keçib. Başına tikiş vurulan müdafiəçi bir günlük istirahətdən sonra komandanın məşqlərinə qatılıb.