A seriyasında yeni sistem tətbiq ediləcək

22.12.2022 21:30 351
Dünya futbolu
İtaliya çempionatının ən yüksək liqasında yenilik edəcək.

A seriyasında 20-ci turdan başlayaraq yarımavtomatik ofsayd aşkarlama sistemi olan SAOT texnologiyası tətbiq ediləcək.

Bu məlumatı eyniadlı qurumun rəsmi saytı məlumat yayıb. Yeni sistemin 2023-cü il yanvarın 27-dən matçlar zamanı işə salınacağı qeyd olunub. Beləliklə, A seriyası noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən DÇ-2022-də uğurla tətbiq olunan eyni ofsayd sistemindən yararlanan ilk liqa olacaq.