Nadal otel biznesinə başladı

21.12.2022 13:59 261
İdman
Dünyaca məşhur ispaniyalı tennisçi Rafael Nadal özünün otel brendi olan “Zel”i başlatdığını elan edib.

Football-plus.az xəbər verir ki, onun bu işdəki şəriki “Melia” otellər şəbəkəsidi:

“Hər gün təqaüd yaşıma yaxınlaşdığımı bilirəm. Ancaq elə etməyə çalışıram ki, həmin gün mümkün qədər gec yetişsin, daimi məşqlər mənə formada qalmağa imkan verir. Ancaq aydındı ki, gec-tez həmin gün yetişəcək, həyatda isə tennisdən başqa da vacib şeylər var. “Zel” Malyorkada səma deməkdi, bu ad bizi ruhlandırır”.


Tərəflərin hər biri yeni layihədə səhmlərin 50 faizinə yiyələnəcək. Yaxın 5 ildə “Zel” adı altında 20-25 otelin açılması gözlənilir.