İki premyer-liqa klubunun baş məşqçisi PRO kateqoriyası aldı - FOTOLAR

11.11.2022 10:15 326
Ölkə futbolu
AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.

"Footbal-plus.az" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.

Bunların arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev və "Şamaxı"nın çalışdırıcısı Vüqar Əsgərli də var.

İki premyer-liqa klubunun baş məşqçisi PRO kateqoriyası aldı