Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qurum premyer-liqanın 21-ci turunda keçirilən oyunlarla bağlı aşağıdakı qərarları qəbul edib.
Premyer-liqanın 21-ci turunun “Qəbələ” – “Keşlə” oyununda qonaqların futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);
“Keşlə”nin 85 nömrəli futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 matç şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.3);
21-ci turun “Neftçi” – “Zirə” görüşündə meydan sahiblərinin futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
“Zirə”nin futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 matç şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.3);
“Zirə”nin futbolçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 47.1, 75);
“Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39)