"Neftçi" Mbocla bağlı qərarını verdi

19.12.2022 18:12 282
Premyer-liqa
“Neftçi” müdafiəçisi Mamadu Mbocla vidalaşıb.

Football-plus.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı seneqallı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mboc 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.