"Neftçi" Tyaqo ilə bağlı qərarını verdi

30.06.2022 23:31 416
Premyer-liqa
“Neftçi” hücumçu Tyaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra “Neftçi”nin heyətində 25 oyuna çıxıb, 10 qola imza atıb.