Azərbaycan birinciliyində 4 çəki dərəcəsində 1/4 finalçılar bəlli olub

19.12.2022 11:47 278
İdman
Gənc boksçular arasında Azərbaycan birinciliyi davam edir. 58 komandanın qatıldığı yarışın üçüncü günündə 36 qarşılaşma keçirilib.

Football-plus.az xəbər verir ki, görüşlərin yekununa əsasən 4 çəki dərəcəsində 1/4 final mərhələsinə yüksələn boksçular müəyyənləşib. 60 kq-da isə yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan idmançılar bununla da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Boks Mərkəzində keçirilən yarışın 4 günü saat 13.00-da başlanacaq.

Qeyd edək ki, yarışın qalibləri dekabrın 22-də bəlli olacaq.