“Elə incəliklər var ki, bunları televizorda üzə çıxarmaq mümkün deyil”

17.12.2022 21:13 260
İdman
Usikin məşqçisi Sergey Lapin Füri ilə Derek Çisora arasında Londonda keçirilən döyüşün tamaşaçıları arasında olmasını izah edib.

Football-plus.az xəbər verir ki, tanınmış mütəxəssis məsələyə belə münasibət bildirib:

“Londona komanda şəklində yollanmışdıq ki, Füri ilə Çisoranın döyüşünə baxaq. Bir çox maraqlı məqam gördük. Elə incəliklər var ki, bunları televizorda üzə çıxarmaq mümkün deyil. Məsələn, komandanın işi, boksçu ilə məşqçisi arasındakı əlaqə, boksçu məşqçinin məsləhətlərinə əməl edir, yoxsa etmir... Zəif yönlər tapdıq. Fürini canlı şəkildə, iş başında görəndən sonra komandamız daha çox əmin oldu ki, Usik onun üzərində qələbə qazanacaq, mütləq dünya çempionu olacaq, WBC kəmərini də evə - Ukraynaya gətirəcək. Fürinin vəd etdiyi təhlükə Entoni Coşua ilə müqayisədə heç də böyük deyil. Entoni uçün hər şeyin necə bitdiyi yadımızdadı. Füri üzərində qələbəyə çox inanırıq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul