“Nyu-Cersi” MHL rekordunun astanasında dayandı

15.12.2022 14:34 262
İdman
Srağagün “Reyncers”ə overtaymda uduzan “Nyu-Cersi”nin möhtəşəm seriyasına son qoyuldu.

Football-plus.az xəbər verir ki, səfərdə qələbə seriyası 12-də dayanan “Nyu-Cersi” klub rekordu müəyyənləşdirsə də, MHL rekordunun astanasında dayandı.

Axı “Detroyt” 2005/06, “Minnesota” isə 2014/15 mövsümündə səfərdə ardıcıl 12 qələbə qazanıb. “Nyu-Cersi” 29 oyundan sonra 44 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.