Dünyanın doqquzuncu tennisçisi Teylor Frits “ATP Awards” mükafatının sıralamasında yer almamasından narazıdı.
Football-plus.az xəbər verir ki, amerikalı idmançı bu haqda şəxsi “tvitter” hesabında paylaşım edib:
“Mənə elə gəlir ki, “ilin tərəqqisi” adına namizəd ola bilərdim. Mən demirəm ki, qalib gəlməliyəm. Belə çılğın fikri iddia da etmirəm. Sadəcə, adım siyahıda niyə olmasın?”
Qeyd edək ki, “ilin tərəqqisi” mükafatının nominantları arasında Karlos Alkaras, Maksim Kressi, Cek Draper və Holqer Rune yer alıb.