“Qolden Steyt” “Boston”la oyundan əvvəl keçirilən mərasimdə karyerasını məhz “Seltiks”də keçirən əfsanəvi Bill Rassellin geydiyi 6 nömrəli formanı istifadədən çıxarıb.
Football-plus.az xəbər verir ki, sabiq basketbolçu iyulun 31-də 88 yaşında dünyasını dəyişib. Mərkəz oyunçusu mövqeyinə çıxış edən Rassellin 1956-69 aralığını əhatə edən bütün karyerası “Boston”la bağlı olub.
2007-də FİBA-nın Şöhrət zalına salınıb və Harvard Universitetinin fəxri doktoru dərəcəsinə layiq görülüb. 2009-da isə MBA finalının ən dəyərli oyunçusu üçün mükafata onun adı verilib.