"Səbail"in futbolçusu nəyə təəssüflənir? - AÇIQLAMA

10.12.2022 18:54 353
Ölkə kuboku / Manşet
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ən gərgin və maraqlı qarşılaşmalarından biri də "Səbail" - "Sabah" görüşü idi.

3:0 öndə olan "dənizçilər" üstünlüyünü qoruya bilmədi. Tədricən özünə gələn "Sabah" 2 qol vurmaqla yekun hesabı müəyyənləşdirdi. "Football-plus.az" saytı olarq "Səbail"in futbolçusu Nihad Qurbanlının matçla bağlı fikirlərini öyrəndik:

"Çətin oyun olacağını bilirdik. Həftə ərzində yaxşı hazırlaşmışdıq, matça da istədiyimiz kimi başladıq. Rəqib 10 nəfərlə qaldıqdan sonra daha rahat oynamağa başladıq. Fasiləyə 1:0 üstün yollandıq. İkinci hissədə də hər şey arzuladığımız ssenari üzrə gedirdi, daha 2 qol vurduq. Təəssüf ki, son dəqiqələrdə 2 qol buraxdıq. Qələbə qazansaq da, cavab qarşılaşmasına əlverişli hesabla gedə bilmədik. Çalışacağıq ki, 2-ci oyunda da qələbə qazanıb kubokun yarımfinalına vəsiqəni təmin edək".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul