Qətəri tərk etdilər

10.12.2022 14:44 389
DÇ 2026
Portuqaliya yığmasının iki üzvü Qətəri tərk edib.

Football-plus.az xəbər verir ki, hər iki futbolçu zədə üzündən komandanın düşərgəsindən ayrılıb.

PSJ-nin oyunçularından müdafiəçilər Nunu Mendeş və Danilo Pereyra üçün mundial erkən sona çatıb. Fransa KİV-inin yaydığı xəbərə görə, PSJ rəhbərliyi futbolçulardan dünya çempionatında aldığı zədələrin müalicəsi üçün Parisə qayıtmağı xahiş edib. Mendeş qrup mərhələsinin Uruqvaya qarşı matçının sonunda (2:0) omba nahiyəsindən zədələnmişdi. Pereyra isə Qana ilə matçda (3:2) qabırğasından xəsarət almışdı.