Nunu Mendeş karyerasını PSJ-də davam etdirəcək.
"Football-plus.az" xəbər verir ki, Fransa klubu portuqaliyalı futbolçunun transfer hüququna sahib çıxıb. Ona görə “Sportinq”ə nə qədər təzminat ödənildiyinə aydınlıq gətirilmir. Amma iyunun 19-da 20 yaşı tamam olacaq müdafiəçinin parislilərlə 4 illik müqaviləyə razılıq verdiyi rəsmən açıqlanıb.
Mendeş son mövsümdə icarə əsasında oynadığı PSJ-nin formasında Fransa çempionatında 27 oyun keçirib.