Football-plus.az xəbər verir ki, qarşılaşmaya ölkəmizdə maraq çoxdu. Bu səbəbdən də görüşlə bağlı fikirlərini səsləndirməsi üçün "Səbail"in argentinalı futbolçusu Franko Mazureklə əlaqə saxladıq. Yarımmüdafiəçi "Football-plus.az"a açıqlamasında bunları söylədi:
"Dünya çempionatının 1/4 finalının görüşləri həmişə maraqlı olub. Bu qarşılaşma da çox gərgin keçəcək. Hər iki komanda əla kollektivdi. Super matç olacaq. Argentina öz bildiyi kimi oynamalıdı. Onda biz qalib gəlib-gəlməyəcəyimiİ görəcəyik".


