Fransa millisinində ciddi itki baş verə bilər.
Football-plus.az xəbər verir ki, hücumçu Kilian Mbappenin DÇ-2022-nin ¼ finalının İngiltərə ilə matçını buraxma ehtimalı var. Forvard topuğundakı ağrılara görə komandasının bugünkü məşqində iştirak etməyib. O, hazırda bərpa prosesi keçir.
Qeyd edək ki, İngiltərə — Fransa görüşü dekabrın 10-da 23:00–da keçiriləcək.