Asiya kubokuna bu ölkə ev sahibliyi edəcək

17.10.2022 11:31 386
Dünya futbolu
2023-cü ildə keçiriləcək Asiya Kubokuna ev sahibliyi edəcək ölkə məlum olub.

"Footbal-plus.az" xəbər verir ki, yarış iyun və iyul aylarında Qətərdə baş tutacaq. Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytı məlumat yayıb.

Qətər bu il keçiriləcək dünya çempionatına da ev sahibliyi edəcək. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.