Regekampf "Neftçi"ni bu kluba dəyişir - İDDİA

8.12.2022 10:23 844
Premyer-liqa
Laurentsiu Rügekampf "Neftçi"dən ayrıla bilər.

Football-plus.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. “Universitatya” (Krayova) klubu Mirel Redoyun istefasından sonra “ağ-qaralar”ın 47 yaşlı baş məşqçisini yenidən bu posta gətirməyi düşünür.

Xəbərdə “Neftçi”nin rumıniyalı baş məşqçi ilə vidalaşa biləcəyi vurğulanıb.

Regekampf 2021/22 mövsümündə “Universitatya Krayova”da çalışıb. Daha əvvəl onun “Styaua”ya dönmək ehtimalının olduğu da bildirilirdi.