Millimizin yarımmüdafiəçisi Mahir Emrelinin "Dinamo"nun düşərgəsinə qayıdacağı tarix müəyyənləşib.
Football-plus.az xəbər verir ki, forvard komandasına dekabrın 19-da qoşulacaq. Bunu Zaqreb təmsilçisinin mətbuat xidməti açıqlayıb. Baş məşqçi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya ilə yoldaşlıq matçlarında yer alan Emreliyə əlavə istirahət vaxtı verib.
Emrelinin "Dinamo"ya qoşulacağı tarix bəlli oldu
Ölkə futbolu / Manşet



