Mahir "Dinamo"da niyə çox şans əldə etmir? - Baş məşqçi açıqladı

3.11.2022 10:00 357
Dünya futbolu
"Dinamo"nun (Zaqreb) baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları görüşü şərh haqda danışıb

Football-plus.az xəbər verir ki, mütəxəssis bu mövsüm turnirdə debüt edən hücumçu Mahir Emrelinin oynamasının səbəbini açıqlayıb:

"O, Çempionlar Liqasında meydana çıxmamışdı. Ona görə Mahiri oynatmağa qərar verdim. Baturina həm təsnifat mərhələlərdə, həm də qrupda çox oynadı".

Qeyd edək ki, Mahir qarşılaşmanın 69-cu dəqiqəsində meydana daxil olub.