Argentina millisində ciddi itki baş verib.
Football-plus.az xəbər verir ki, yarımmüdafiəçi Rodriqo De Paul DÇ-2022-nin 1/4 finalını buraxa bilər. Belə ki, o, sağ budun əzələlərində ağrı hiss edir. Bu səbəbdən ümumi qrupdan ayrı məşq edib.
"Atletiko"nun futbolçusunun dekabrın 9-da Niderlandla keçiriləcək matçda iştirakı böyük sual altındadı. Eyni zamanda, məşqçilər korpusu De Paulla bağlı qərarı mümkün qədər təxirə salacaq.