BBC-nin yaydığı xəbərə görə, 2023-cü ilin Çin “Qran-pri”si, bu ölkədə mövcud olan koronavirus əleyhinə qaydalar üzündən, çox güman, ləğv olunacaq.
Gələn ilin təqvimində Çin mərhələsinin aprelin 16-da keçirilməsi nəzərdə tutulub. Ancaq mərhələnin təşkilatçıları ölkədəki qadağalar üzündən onu keçirməkdən imtina etməyə məcburdular.
Hələ ki Çin mərhələsinin başqası ilə əvəz olunacağı və ya çempionatda 23 yarışın qalacağı bilinmir. Xatırladaq ki, Şanxayda “Formula-1” yarışı sonuncu dəfə 2019-cu ildə keçirilib. Sonrakı illərdə koronavirus pandemiyası üzündən bu mərhələ ləğv olunub.