Avropadan Amerikaya yollandı

7.08.2022 22:30 411
Dünya futbolu
“Barselona”nın gənc futbolçusu Riki Puç karyerasını ABŞ-də davam etdirəcək.

22 yaşlı yarımmüdafiəçi “Los Anceles Qalaksi”yə keçib. MLS təmsilçisinin mətbuat xidmətinin məlumatında Puçla 3 illik müqavilə imzalandığı bildirilib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan futbolçu bu komandada 56 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.