Vaxtilə MBA-da çıxış edən Delonte Uest dörd ittiham üzrə suçlanır.
Onun günahları sırasına avtomobilə qeyri-qanuni şəkildə soxulmaq, avtomobili əzmək, hüquq-mühafizə orqanlarından gizlənmək və ictimai yerdə sərxoşluq daxildi. Şahidlərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları Uestin başqasının avtomobilinə necə soxulduğunu görüblər. Polislərin dediyinə görə, qoluna qandal keçirməyə çalışdıqları basketbolçu aqressivləşib və qaçmağa çalışıb. Amma tezliklə yaxalanıb və həbs olunub. Ertəsi gün Uest girov müqabilində azadlığa çıxıb.
2004-cü ildə “Boston”un 24 nömrə altında draft etdiyi basketbolçu MBA-da həmçinin “Sietl”, “Klivlend” və “Dallas” forması ilə də çıxış edib.