• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

Ölkə futbolu / Manşet

4-12-2022, 16:0

Rusiya “Torpedo”dan yenidən Azərbaycana qayıdan milli komandamızın qapıçısı Rövşən Hüseynli yenidən “Araz-Naxçıvan”la anlaşmışdı.

Lakin qısa müddət sonra komandadan ayrıldı. Səbəb isə baş məşqçi Joze Alesio da Silva ilə aralarında olan problem idi. Klub rəhbərliyi də bu məsələyə qarışmışdı. Hətta onlar arasındakı münasibətin artıq düzəldiyi, problemin həll olunduğu da bildirildi. Buna baxmayaraq, qısa müddət sonra Rövşən Hüseynli yenidən “Araz-Naxçıvan”ı tərk etdi. Futzalçı bu dəfə Qazaxıstan “Atırau”suna icarəyə verildi.

Həmin vaxtdan etibarən Rövşənlə əlaqə saxlayıb məlum məsələlərə aydınlıq gətirməyə çalışırdıq. Lakin o incik şəkildə “Azərbaycan mətbuatına açıqlama vermək istəmirəm” deyirdi. Hüseynli bütün fikrinin yeni klubunda, keçirəcəyi oyunlarda olduğunu bildirərək, bir müddət sonra danışacağını demişdi. Artıq millimizin və “Araz-Naxçıvan”ın əvəzolunmaz qapıçısının “Atırau”dakı icarə müddəti də başa çatır. Bu səbəbdən yenidən onunla əlaqə saxlayıb, bütün məsələləri aydınlaşdırmaq istədik. Lakin Hüseynli bu dəfə də eyni sözləri xatırlatdı. Amma sonda onu birtəhər razı saldıq. Lakin bir şərtlə: yalnız Qazaxıstandakı durumu ilə bağlı suallara cavab verəcək. Odu ki, Rövşən Hüseynli ilə “Atırau”dakı vəziyyəti, qarşıdakı planları ilə bağlı söhbətləşdik.

- Hazırda “Atırau”da durum necədi? Komanda çempionatda necə çıxış edir?
- Komandada vəziyyət yaxşıdı, Ab-hava da əladı. Çempionatdakı çıxışımızı da qənaətbəxş saymaq olar. Çünki bu mövsüm üçün plan iki hissədən ibarət idi. Birincisi, ilk dövrədə əsasən yerli, gənc futzalçılara üstünlük verildi ki, bu da onların inkişafı üçün atılan addımdı. İkinci dövrədə isə komanda yetərincə güclənərək çempionluq və Çempionlar Liqası uğrunda mübarizə aparacaq.

- “Atırau”da sənin vəziyyətin necədi? Yəqin əsas qapıçısan.
- Məni burda çox gözəl qarşıladılar. Bəli, əsas heyət oyunçusuyam. Bundan əlavə, istər millidə, istərsə də “Araz-Naxçıvan”da çıxış etdiyim oyunlardakı təcrübəmi gənclərlə bölüşməyimi də istəyirlər. Həm məşqdə, həm də məşqlərdən sonra. Daim bunun üzərində də işləyirik.

- “Araz-Naxçıvan”dan ayrıldın və qısa müddət ərzində “Atırau”ya keçdin. Həmin an başqa təkliflər var idi?
- Bildiyiniz kimi, mən daha öncə “Torpedo”da çıxış edirdim. Ordan “Araz-Naxçıvan”a gəldim. Bu komanda ilə razılaşmamışdan öncə də “Torpedo”dan, Bosniya və Hersoqovinadan və başqa bir neçə ölkədən təkliflər var idi. Lakin biz Naxçıvan təmsilçisiylə danışdıq, rəhbərliklə razılaşdıq. Çünki bu komandanın planları, məqsədləri tam başqa, cəlbedici idi. Ona görə “Araz-Naxçıvan”la razılaşaraq yenidən ölkəyə qayıtdım. Bu komandadan ayrılmaq fikrim yox idi, sadəcə, müəyyən məlum məsələlərə görə belə addım atmaq məcburiyyətində qaldım.

- Məhz “Atırau”nu seçməyinə nə səbəb oldu?
- Başqa 3-4 klubdan təkliflərim var idi. Lakin Qazaxıstan çempionatının, burdakı komandaların tam fərqli olması “Atırau”ya keçməyimə səbəb oldu. Burda çempionat daha rəngarəngdi, həftədə 2 oyuna çıxırıq. Bu məsələlərə görə məhz bu klubla danışıqlara başladım. Sağ olsunlar ki, onlar da mənə dəstək oldular. Ona görə də dekabrın sonuna qədər “Atırau”ya icarəyə verildim.

- Dediyin kimi, icarə müddətinin başa çatmasına az qalıb. “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqov bildirmişdi ki, müqaviləni yeniləyəcəksən. Bu nə vaxt gerçəkləşəcək? Ümumiyyətlə, komandada qalmaq istəyirsən?
- “Atırau”da ilk 4 oyunu çox yaxşı keçirdim. Hətta ilk 2 matçdan sonra baş məşqçi və rəhbərlik ilə görüşümüz oldu. Onlar mənə müqavilənin müddətini maya qədər uzatmağı təklif etdilər. Amma bununla bağlı hələ qərar verməmişəm. Çünki başqa klublardan da təkliflər var. Hazırda isə fikrim ancaq komandamdadı. Dekabrın sonuna qədər üç oyunumuz var. Bu səbəbdən burda qalıb-qalmayacağımla bağlı hələ qərar verməmişəm.

- Müqavilə şərtləri necə, səni qane edir? Yeni müqavilə bağlansa, şərtlərdə dəyişiklik etməyi düşünürsən?
- Dediyim kimi, hələ ki bu yöndə danışıq aparmamışam. Fikrim komandanın növbəti oyunlarındadı. Vaxt var. Ondan sonra təklifləri nəzərdə keçirəcəm. Azərbaycana qayıdacağım, yoxsa başqa ölkəyə gedəcəyim ilə bağlı qərar verməyə vaxtım olacaq.

ŞAİR ABDULLA

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

19-11-2022, 22:0

Rövşən Hüseynli Qazaxıstandan Azərbaycana qayıdır? - AÇIQLAMA

Aktual / Manşet

18-10-2022, 12:0

Rövşən Hüseynli Alesioya görə “Araz-Naxçıvan”dan ayrıldı

Ölkə futbolu / Manşet

5-07-2022, 15:0

Millinin qapıçısı karyerasını bu klubda davam etdirəcək – AÇIQLAMA

Aktual / İdman

14-05-2022, 22:0

Rövşən Hüseynli “Torpedo”da qalacaq, yoxsa vətənə qayıdacaq? - ÖZƏL AÇIQLAMA

Aktual / Manşet

25-03-2022, 11:0

Rövşən Hüseynli "Araz Naxçıvan"dan rəsmən ayrıldı

Ölkə futbolu

18-10-2022, 22:0

Rövşən Hüseynli Qazaxıstan klubunda

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 125
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 113
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə