Con Braun meydanı xərəkdə tərk etdi

3.12.2022 18:57 262
İdman
Dünən basketbol üzrə Avroliqanın “Monako” - “Villerbana” görüşündə Con Braun ciddi zədə alıb.

Football-plus.az xəbər verir ki, rəqibin hücumçusu Amin Nuanın dirsəyi 30 yaşlı amerikalının qabırğalarını sındırıb. Braunun yerdə qalması səbəbindən qarşılaşma dayandırılıb və idmançı meydanı xərəkdə tərk edib.

Qeyd edək ki, forvard görüşü 8 xal və 5 ribaundla başa vurub.