Ölümdən dönən azərbaycanlı futbolçu məşqlərə başladı

25.07.2022 23:54 416
Premyer-liqa
“Qəbələ”nin üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Football-plus.az
xəbər verir ki, Urfan Abbasovla Gülağa Əsədov proqram üzrə bərpa prosesi keçir. Yaovi Akakpo əməliyyat sonrası müalicəni davam etdirir.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la Macarıstandakı matçında zədələnən İlkin Qırtımov komanda ilə məşqlərə start verib. Dünən fərdi hazırlıq keçən müdafiəçi bu gündən kollektiv çalışmalarda iştirak edir.

İlkin Qırtımov "Fehervar"a 1:4 hesabı ilə uduzduqları görüşün ilk hissəsinin sonlarına yaxın başından ciddi zədə alıb. Dili qatlanan futbolçuya ilk yardımı komanda yoldaşı Asif Məmmədov edib. Meydanı xərəkdə tərk edən müdafiəçi Rüfət Əhmədovla əvəzlənib. Komandalar arasında cavab matçı iyulun 28-də Qəbələdə olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul