“Edmonton” 0:3-ü qələbəyə çevirdi

29.11.2022 13:17
İdman
“Reyncers” – “Edmonton” oyunu çox maraqlı ssenari üzrə cərəyan etdi.

Football-plus.az xəbər verir ki, meydan sahibləri ilk iki perioddan sonra 3:0 öndə idi, üstəlik onların daha iki qolu sayılmamışdı.

Ancaq 3-cü periodda buz üzərində inanılmaz hadisələr baş verdi. “Neftçilər” ardıcıl 4 qolla qələbə qazandı. “Reycers”in baş məşqçisi Jerar Qallan sarsıdıcı məğlubiyyətə belə reaksiya verdi:

“Bu məğlubiyyətin günahı hokkeyçilərin üzərindədi. Bu, komandanın iflasıdı. Bəlkə də pis periodlarımız olub, ancaq mən 4 qol buraxdığımız period xatırlamıram. Bu gün qorxunc idik, belə nəticə yolverilməzdi”.