“Neftçi” Misli premyer-liqasının 15-ci turunda “Səbail”li 3:1 hesabı ilə məğlub edib.
"Football-plus.az" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudu.
Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.