Keyn rekorda imza atdı

21.08.2022 09:50 398
Dünya futbolu
İngiltərə premyer-liqasında növbəti tura start verilib. "Tottenhem" "Vulverhempton"a 1:0 hesabı ilə qalib gəlib.

Football-plus.az xəbər verir ki, yeganə topun müəllifi Harri Keyn olub. Bu qol forvardın klub üçün turnirdəki 185-ci qoludu. Hücumçu bununla da Serxio Aqueronun "Mançester Siti"də vurduğu 184 qol rekordunu üstələyib.