Son günlərin əsas müzakirə olunan klubu "Səbail"di.
Bir müddət öncə "dənizçilər"in Şirvan şəhərinə köçürüləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Bununla bağlı “Football-plus.az” saytına yeni məlumat daxil olub. Klubun hansısa şəhərə köçürülməsi hələ ki gündəmdə deyil. Komanda 2024/25 mövsümünə kimi Bakıda çıxış edəcək. Lakin "Səbail"də dəyişiklik olacaq. Belə ki, klubda prezident təyinatı gerçəkləşəcək. Bu postu isə hazırda idman direktorunun köməkçisi olan Zamiq Hüseynov tutacaq.
İLKİN SULTANLI
Bu şəxs "Səbail"in prezidenti olacaq
Premyer-liqa / Manşet



