"Səbail"in yeni baş məşqçisinin kimliyi bəlli oldu - RƏSMİ

12.03.2022 19:10 2 115
Ölkə futbolu
Azər Bağırovun gedişindən sonra "Səbail-2"nin baş məşqçi postu boş qalıb.

"Dənizçilər"in ikinci komandasında bu işi icra edəcək yeni şəxs bəlli olub. Bu məlumatı "Football-plus.az"a klubun icraçı direktoru Fərəc Əliyev verib. Paytaxt təmsilçisinin rəsmisinin sözlərinə görə, Səbuhi Həsənov mövsümün sonuna kimi bu vəzifəsini icra edəcək.

Qeyd edək ki, Azər Bağırov karyerasını Region Liqası təmsilçisi "Araz Naxçıvan"da davam etdirəcək.

İLKİN SULTANLI