"Sabah" Avropada elə də tanınan bir klub deyil. Dostlarım dedi ki, Azərbaycana getmək, karyeranı bitirmək kimidi. Lakin onların dediyi kimi olmadı".
"Football-plus.az" xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels "transfermarkt" portalına açıqlamasında deyib.
Mikels daha sonra bildirib ki,ona edilən təklif maraqlı idi:
"Həm də bunu ekzotik hesab etdim. Sonda öz-özümə düşündüm: "Peşəkar futbolçu kimi az vaxtım qalıb. Nə üçün cəhd etməyim?" "Sabah"ın xüsusilə Avropa Konfrans Liqasında iştirak etmək ehtimalına görə bu seçimini etdim. "Sabah"la beynəlxalq arenada oynamaq şansı qazanacağıma ümid etdim. Elə yaşa çatmışam ki, artıq öz hərəkətlərim haqda çox düşünməli oluram. Əvvəl vaxtımın çoxunu "playstation" oynamaqla keçirirdim. İndi daha çox evimdə oluram və bərpa işləri ilə məşğul oluram. Yaxşı və sağlam qidalanmağıma fikir verirəm. Burada hər oyunda fiziki cəhətdən çətinliklər olur və bu, iliklərinə qədər təsir edir".