Yığmamız Bolqarıstana məğlub oldu

7.09.2022 19:30 374
Yığma
Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 67-ci dəqiqədə Elton Mikayılov fərqlənib.