Oveçkin 790-a çatdı

26.11.2022 11:12 343
İdman
Cari mövsümü uğursuz keçirən “Vaşinqton” srağagün “Filadelfiya”nı overtaymda məğlub edə bildi.

Football-plus.az xəbər verir ki, qələbə şaybasını bu oyunda 2 (1+1) xal toplayan Aleksandr Oveçkin rəqib qapısından keçirdi. 37 yaşlı forvard bununla da MHL-də qol sayını 790-a çatdırdı. Rusiyalı ulduz əvvəlki kimi snayperlər cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Lider Qretskinin 894, 2-ci yerdəki Hounun 801 qolu var.

Srağagün keçirilən oyunlardan biri də diqqəti cəlb etdi. “Toronto”ya uduzan "Nyu-Cers"nin 13 ouynluq qələbə seriyası bitdi.