UEFA "Qəbələ"yə ödəniş etdi

23.11.2022 13:53 350
Ölkə futbolu
UEFA "Qəbələ" klubuna ödəniş edib.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu U-19 komandası Gənclər Liqasında çıxış etdiyi üçün "qırmızı-qaralar"a 35 500 avro maliyyə vəsaiti ödəyib.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə “Qəbələ” klubunun hesabına köçürülüb.