"Qarabağ" son mövsüm UEFA-dan bu qədər qazandı - RƏSMİ

2.09.2022 16:25 602
Ölkə futbolu / Avrokuboklar
UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

UEFA-nın ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

"Qarabağ"ın bumövsümkü qazancı aşağıdakı kimidi:

- 5,000,000 (beş milyon) avro – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün)

- 3,400,000 (üç milyon dörd yüz min) avro – UEFA Avropa Liqasında iştirak üçün ilkin ödəniş

- 2,244,000 (iki milyon iki yüz qırx dörd min) avro – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən)