UEFA "Neftçi"yə vəsait köçürdü

30.09.2022 16:51 380
Ölkə futbolu
UEFA "Neftçi" klubuna ödəniş edib.

"Footbal-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə "ağ-qaralar"a 650 000 avro vəsait ayrılıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, "Neftçi" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Kipr "Aris"ini mübarizədən kənarlaşdırıb, 2-ci mərhələdə Avstriya "Rapid"ində uduzub.