Rüstəm Əfsərli İTV-dən niyə dəvət almayıb? - ÖZÜ AÇIQLADI

22.11.2022 21:12 4 305
DÇ 2026 / Manşet
Çoxlarının səbirsizliklə gözlədiyi dünya çempionatı 2 gündü start götürüb.

Ölkəmizdə turnirin yayın hüququ isə İTV-yə məxsusdu. Oyunları şərh etmək üçün telekanalın əməkdaşlarından əlavə, bir neçə nəfər də cəlb olunub. Lakin şərhçilər arasında "CBC Sport"un əməkdaşı Rüstəm Əfsərli yoxdu. Ən yaxşı şərhçilərdən birinin bu siyahıda yer almaması təəccüb doğurur.

Maraqlıdı, Rüstəm bəy özü təklif gözləyirdi? O mundialı şərh etmək üçün dəvət almadığını necə qarşılayıb? Bu suallarla Rüstəm Əfsərliyə müraciət etdik. Onun "Football-plus.az" saytına qısa açıqlaması belə oldu:

"Mənim hansısa mülahizə yürütməyim doğru deyil. Bu, yayınçı telekanalın seçimidi. Kimisə seçiminə görə mühakimə etmək olmaz. Ümumiyyətlə, bu barədə fikir bildirmək, zənnimcə, etik deyil".

ŞAİR ABDULLA