Komanda oktyabrın 24-də Ukrayna, 27-də Lixtenşteyn, 3 gün sonra isə meydan sahibi Bosniya və Hersoqovina ilə qarşılaşacaq.
Lakin bu görüşlər ölkəmizdə yayınlanmayacaq. Maraqlıdı, belə məsələlərdə həmişə operativliyi ilə seçilən "CBC Sport" U-17-nin matçlarına niyə maraq göstərməyib? Bu sualla telekanalın proqram direktoru Rüstəm Əfsərli ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:
"Həmin oyunları yerli telekanallar belə yayınlamır ki, biz də götürüb verək. Səbəb budu".
ŞAİR ABDULLA

