ÇL-də 3-cü təsnifat mərhələsinə start verilir

2.08.2022 10:16 539
Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Moldova "Şerif"i Çexiyanın "Viktoriya" klubunu qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Azərbaycan təmsilçisi "Qarabağ" bu raunddakı matçına sabah çıxacaq. "Atlılar" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21.00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya)
21.45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
22.00. "Monako" (Fransa) - PSV (Niderland)
22.45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)
23.00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka)