FİFA qaydaları dəyişəcək

17.09.2026 19:27 153
Dünya futbolu
FİFA bəzi qaydalara yenidən baxacaq. Ali futbol qurumu futbolçularla klublar arasında müqavilələrin ləğvi və təzminat ödənişləri ilə bağlı qaydaları dəyişəcək.

“The Touchline” nəşrinin yaydığı məlumata görə, dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Yeni qaydalara əsasən, klublar futbolçularla müqavilələrini yenilənmiş tələblərə uyğunlaşdırmalı olacaqlar. Buna görə futbolçu ilə klub arasında müqavilənin birtərəfli qaydada pozulması zamanı ödəniləcək məbləğ konkret vəziyyətə və sözləşmənin şərtlərinə uyğun olmalıdı.

Qeyd edək ki, təzminatın məbləği futbolçunun müqaviləsində əvvəlcədən müəyyənləşdirilən sabit ödənişdi. Bu məbləğ ödənildikdə klub futbolçu başqa klubla razılığa gəldiyi halda onun transferinə mane ola bilməz.