Löv İspaniya klubu ilə danışıq aparır

14.05.2022 17:53 362
Dünya futbolu
Yoahim Löv məşqçilik karyerasını bərpa etmək istəyir.

O, bundan sonra İspaniyada çalışa bilər. Almaniya yığmasını DÇ-2014-də qələbəyə daşıyan 62 yaşlı mütəxəssis “Atletik”lə danışıq aparır. Bilbao klubunun mövsümün sonunda Marselino Qarsiya Toralla yolları ayıracağı gözlənilir.

Onun yerini tutmağa əsas namizəd sayılan Lövün bundestimi 2021-ci ildə tərk edəndən sonra heç bir komandada işləmədiyini bildirək.