Millimizin üzvü Almaniya klubu ilə danışıq aparır

12.05.2022 11:56 495
Dünya futbolu
"Ersgebirge Aue" millimizin üzvü Dmitri Nazarovla danışıqlara başlayıb.

"Football-plus.az" xəbər verir ki, Aue klubu 32 yaşlı futbolçunu komandada saxlamaq istəyir.

Belə ki, klub müqaviləsi başa çatan Dmitri ilə danışıqlar aparır.

II Bundesliqada 23 xalla 17-ci sırada yer alan komandanın aşağı liqaya düşəcəyi dəqiqləşib.