Noyabrın 15-də çoxdan gözlənilən hadisə baş verib.
Football-plus.az xəbər verir ki, iki dövlət AÇ-2028-in təşkilatçılığı üçün şərikli iddiasını irəli sürüb.
Bir neçə ay əvvəl Böyük Britaniya və İrlandiyanın qitə çempionatını birgə təşkil etmək niyyəti açıqlanmışdı. İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya rəsmən namizədliyini çərşənbə axşamı irəli sürüb. Adallar turnir üçün “Hamı üçün futbol. Xeyirxahlıq üçün futbol. Gələcək üçün futbol” şüarını seçiblər.
Qeyd edək ki, AÇ-2028-in təşkilatçısının adı rəsmən 2023-cü ilin sentyabrında açıqlanacaq.