"Qarabağ"ın rəqibi cəzalandırıldı

15.11.2022 23:10 486
Manşet / Avropa Liqası
"Qarabağ"ın rəqibi cəzalandırılıb.

Football-plus.az xəbər verir ki, təmsilçimizin Avropa Liqasındakı rəqibi "Nant" "Qarabağ"la matça (2:1) görə cərimələnib. Buna səbəb Fransa təmsilçisinin hərəkətləri olub. Qərarı diqqətinizə çatdırırıq:

Nəzarət, Etika və İntizam Qurumunun qərarı ilə:

- "Nant" ictimai keçid yollarını bağladığına görə 12.000 avro cərimələnsin.

- “Nant” atəşfəşanlığa görə 30.000 avro cərimələmənsin və Avropa Liqasında ev sahibi kimi keçirəcəyi növbəti oyunda tribuna qismən bağlansın.

- Kluba azarkeşlərin kifayət qədər yoxlanması və axtarışı üçün xəbərdarlıq olunsun.