Novruz Əzimov Bakıya qayıdıb

15.11.2022 18:17 559
Ölkə futbolu / Manşet
Ötən həftə Moldova çempionatında 1-ci dövrəyə yekun vurulub.

Novruz Əzimovun rəhbərlik etdiyi "Dinamo-Avto" son oyunda səfərdə "Daçiya Buyukan"a 5 cavabsız qolla uduzub. Nəticədə mütəxəssisin komandası ilk dövrəni xalsız başa vurub.

"Dinamo-Avto"nun çıxışı və qış transfer dönəmiylə bağlı planları haqda informasiya almaq üçün Novruz bəylə əlaqə saxladıq:
"İlk dövrənin son matçında da məğlub olduq. Halbuki qış fasiləsinə heç olmasa, 1 xal toplamaqla getmək istəyirdik. Çempionatın birinci dövrəsində bərbad çıxış etdik. -4 xalla başladığımız mövsümdə hələ ki xal qazana bilməmişik. Sözsüz, fasilədə çıxışımızı təhlil edəcəyik. Bəzi mövqelərdə yeniliklər olmalıdı. Transferlərin həyata keçirilməsi və başqa məsələlər ilə bağlı rəhbərliyə fikrimi bildirmişəm. Maksimum gücümüzü toplayaraq elitada qalmaq uğrunda sona qədər mübarizə aparacağıq".
Təcrübəli mütəxəssisdən millimizin sabah səfərdə Moldovaya qarşı keçirəcəyi yoldaşlıq oyununa gedib-getməyəcəyini də soruşduq: "Son oyundan sonra klub rəhbərliyi hamıya birhəftəlik məzuniyyət verdi. Mən də bundan istifadə edərək vətənə qayıtdım. Hazırda Bakıdayam. Ona görə də millimizin oyununu televizordan izləyəcəm".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul