Əzimovun komandası darmadağın oldu

11.11.2022 09:41 309
Dünya futbolu
Azərbaycanlı mütəxəssis Novruz Əzimovun rəhbərlik etdiyi "Dinamo-Avto" Moldova çempionatında növbəti matçına çıxıb.

"Footbal-plus.az" xəbər verir ki, Tiraspol təmsilçisi səfərdə "Daçiya Buyukan"la qarşılaşıb. Görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

"Dinamo-Avto" Moldova Super Liqasında 14 turdan sonra 14 komanda arasında 0 xalla sonuncudu.