"Komandamda motivasiya yox idi" - Novruz Əzimov

11.11.2022 09:58 316
Dünya futbolu
"Dinamo-Auto"nun baş məşqçisi Novruz Əzimov Moldova çempionatının 14-cü turunda "Daçiya Buyukan"a uduzduqları görüşü şərh edib.

"Footbal-plus.az" xəbər verir ki, azərbaycanlı mütəxəssis 0:5 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

"Oyuna qoşula bilmədik. Komandamda motivasiya yox idi. Çox pis atmosfer var idi, oyuna girə bilmədik. Nəticədə bu hesabla məğlub olduq".


"Dinamo-Avto" Moldova Super Liqasında 14 turdan sonra 14 komanda arasında 0 xalla sonuncudur.